Körpə uşaqlarda yayılan rotavirusdan necə QORUNMALI? – Pediatrdan TÖVSİYƏ

Körpə uşaqlarda yayılan rotavirusdan necə QORUNMALI? – Pediatrdan TÖVSİYƏ

Hazırda oxunan: Körpə uşaqlarda yayılan rotavirusdan necə QORUNMALI? – Pediatrdan TÖVSİYƏ

91719

Son iki həftədir ki, uşaqlar arasında rotavirus sürətlə yayılır. Uşaq xəstəxanalarına müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və yüksək hərarət müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə uşaqlar arasında yayılan infeksiya mövsümi olmaqla simptomları rotavirusa məxsusdur.

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, virus 2-3 aydır ki, uşaqlar arasında var və mövsümi xarakter daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdən Luqol və Dimedrol niyə QƏHƏTƏ çıxıb? – Rəsmi CAVAB


“Həmişə olub, indi də var və gələcəkdə də olacaq.  Yoluxucu xəstəlikdir. Bu xəstəliyi yaş kateqoriyasını bölmək istəməzdim. Bütün yaşda olan uşaqlar arasında bu xəstəlik var. Qusma və ishalla uşaq maye itirir  ki, bu mayenin yeri mütləq kompensasiya olunmalıdır. Sadəcə körpə yaşlı uşaqlarda müdafiə mexanizmləri çox zəif olduğundan və ağızdan maye qəbul edə bilmədiklərinə görə artıq xəstəxana şəraitində tibbi müdaxiləyə ehtiyac yaranır. Həm də körpə uşaqlarda maye itkisi başqa orqanlarda fəsadlara yol açır.

Vaxtında müdaxilə olunmasa, ciddi təhlükələrlə üz-üzə qala bilərlər. Ona görə 3 yaşına qədər olan uşaların valideynləri itirilən mayenin doldurulması üçün xəstəxanaya müraciət etməlidirlər ki, vaxtında susuzlaşmanın qarşısı alınsın. Kiçik yaşlı uşaqlarda özünümüalicə şok təhlükəlidir”. 

Həkimin sözlərinə görə böyük yaşlı uşaqlar ev şəraitində müalicə oluna bilərlər:

“Çünki onlar ağızdan maye qəbul edə bilirlər. Rəngli su, şirə və ya kompotlar deyil, adi su qəbul etmək lazımdır. Bundan əlavə apteklərdə elektroli tərkibli paraşoklar var ki, ev şəraitində onları hazırlayıb uşaqlara vermək olar. Rotavirusun ciddi təhlükəsi yoxdur. Sadəcə gigiyena qaydalarına əməl etməklə, çirklənmiş su və ya qidadan istifadə etməmək lazımdır. Küçədə tez-tez müşahidə edirəm.

Uşaqlar çirkli əlləri ilə şirniyyat filan yeyirlər. Daim toz-torpaqla oynadıqları üçün əllər tez-tez yuyulmalıdır. Ən əsası xəstə uşaqla kontaktdan çəkinmək lazımdır. Xəstə uşaq bağçaya getməməlidir. Hansısa bağçanın qarşısını müşahidə etsəniz, görəcəksiniz ki, qızdırmalı uşaqları gətirirlər.


Birinci məsuliyyət ananın üzərindədirsə, ikinci məsuliyyət uşaq kollektiv müəssisələrinin rəhbərliyindədir. Xəstə uşaqlar bağçaya qəbul olunmamalıdır. Məktəblərin açılmasına da sayılı günlər qalıb. Yenə həmin hallar təkrarlanacaq. Valideyn məktəb və ya bağçanı, o müəssisələr isə valideyni günahlandırır. Amma ən böyük məsuliyyət valideynin boynundadır”, - deyə peediatr əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO