Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox"

Hazırda oxunan: Hikmət Hacıyev: "Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox"

Özət:
  • Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparıb.
  • Ermənilər işğal etdikləri ərazilərdə  qanunsuz məskunlaşma həyata keçirib.
  • Rəsmi İrəvan münaqişənin sülh yolu ilə həllinə imkan vermədi.
897

"Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü”.

Bizim.Media xəbər verir ki, Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə belə deyib.

O bildirib ki, bu kimi addımlar sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi:

“Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır. Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub. Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb”.

“Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir”.

Bunu isə brifinqdə çıxış edən birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O qeyd edib ki,  ermənilər işğal etdikləri ərazilərdə qanunsuz məskunlaşma həyata keçirib, coğrafi adları dəyişdirib, qanunsuz iqtisadi fəaliyyətlərə başlamışd:

“Azərbaycan uzun illər sülh yolu ilə ərazi bütövlüyünün bərpa olunmasını gözlədi. Əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Buna səbəb Ermənistanın addımlarına adekvat beynəlxalq reaksiya verilməməsidir.  Ermənistanın qınanılmaması onun bu siyasəti davam etdirməsinə zəmin yaradıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO