Şahin Bağırovdan BTQ layihəsi ilə bağlı AÇIQLAMA: “Yükdaşımaları artıracaq

Şahin Bağırovdan BTQ layihəsi ilə bağlı AÇIQLAMA: “Yükdaşımaları artıracaq"

Hazırda oxunan: Şahin Bağırovdan BTQ layihəsi ilə bağlı AÇIQLAMA: “Yükdaşımaları artıracaq"
89245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanan Bakı-Tbilisi-Qars layihəsi (BTQ) çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişlə daha sürətli və qısa tranzit daşımalara nail olacağıq".

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası və imzalanma mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov deyib.

O bildirib ki, artan ticarət dövriyyəsinin asanlaşdırılması və sürətləndirilməsi baxımından üç ölkə arasında tranzit daşımalar zamanı gömrük məsələlərinin həllinə birgə yanaşma çox önəmlidir.

Yeni saziş gömrük prosedurlarını uyğunlaşdırmaq və asanlaşdırmaqla tranzit daşımaları operativləşdirəcək. "BTQ vasitəsilə yükdaşımalarına marağı artıracaq və daşımaların sayı çoxalacaq. Bu isə öz növbəsində iqtisadiyyatımızın inkişafına müsbət təsir edəcək",- deyə Ş.Bağırov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO