İslamiadanın son günü - İdmançılarımız bu növlər üzrə mübarizə aparacaqlar

İslamiadanın son günü - İdmançılarımız bu növlər üzrə mübarizə aparacaqlar

Hazırda oxunan: İslamiadanın son günü - İdmançılarımız bu növlər üzrə mübarizə aparacaqlar
89147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının son gününün yarışları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri idman gimnastikası, kikboksinq, karate növlərində mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən günləri ərzində Azərbaycan komandası 85 medal qazanıb. Onlardan 26-sı qızıl, 30-u gümüş, 29-u bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.

Oyunlarda Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla ilk 3 pilləni tuturlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO