Şabran rayonunda küləyin güclənməsi səbəbindən yanğın yenidən genişlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Çıraqqala ətrafında yanğın başlayıb, tarixi abidəyə təhlükə var.
Qala abidəsi və Qalaaltı sanatoriyası ətrafında meşə massivi yanır. Yaxınlıqdakı bir neçə kəndin qorunması üçün ərazidə müvafiq tədbir görülür.
Yanğınsöndürən avtomobillərin və canlı qüvvələrin köməyi ilə alovun söndürülməsi işləri davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
