ABŞ-da daşqın: Ölənlərin sayı 26 nəfərə çatdı

ABŞ-da daşqın: Ölənlərin sayı 26 nəfərə çatdı

Hazırda oxunan: ABŞ-da daşqın: Ölənlərin sayı 26 nəfərə çatdı

86405

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib.

“Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - deyə o, qeyd edib.

ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO