
- A-
- A
- A+
“Pandemiyadan zərər çəkmiş sahibkarlara 292 mln. manat zəmanət verilib” - NAZİR
2020-ci ilin birinci yarısından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.
Bizim.Media xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "Twitter" səhifəsində yazıb.
"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib",- deyə nazir əlavə edib.
Bizim.Media
2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən (@sahibkarliq) 291,8 mln. ₼ zəmanət verilib. Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. ₼ subsidiya ödənilib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 27, 2022
2/2#EconomyAz #SİF pic.twitter.com/reyxyPg5mv
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































