Yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr qaz satılıb

Yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr qaz satılıb

Hazırda oxunan: Yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr qaz satılıb
83380
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Altı ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. 

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, qazın 6,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib. 

2022-ci ilin ilk yarısında xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.

Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib. 
Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.

Bizim.Media

Yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr qaz satılıb - foto 1
Yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr qaz satılıb - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO