Azərbaycan müdafiə xərclərini artırır

Azərbaycan müdafiə xərclərini artırır

Hazırda oxunan: Azərbaycan müdafiə xərclərini artırır
80059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.

Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Büdcə xərcləri hansı istiqamətlərdə artırılacaq?


Bildirilib ki, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı müdafiə qüvvələri, 295 milyon manatı milli təhlükəsizlik, 433 milyon manatı sərhəd xidməti, 4 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub. 

Bununla yanaşı Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur. 

Bunun 133,7 milyon manatı məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı hüquq mühafizə, 108,6 milyon manatı prokurorluq, 10 milyon manatı məhkəmə qərarının icrası, 4 milyon manatı hüquqi yardım, 384,9 milyon manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO