Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edildi

Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edildi

Hazırda oxunan: Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edildi

78938

Sel-qasırğa nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

MÖVZU İLƏ BAĞLI:

Bu rayonlarda elektrik şəbəkəsinə dəyən zərər aradan qaldırılır - FOTO


Məlumatda deyilir ki, hazırda hadisə baş verən ərazilər də daxil olmaqla ölkənin bütün ərazisində elektrik enerjisi təchizatı tam qaydasındadır.

Qeyd edək ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı. "Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO