Rövşən Əsgərovdan Simonyanın təhqirlərinə CAVAB: “Müharibədən sonra səni əyani asacaqlar”

Rövşən Əsgərovdan Simonyanın təhqirlərinə CAVAB: “Müharibədən sonra səni əyani asacaqlar”

Hazırda oxunan: Rövşən Əsgərovdan Simonyanın təhqirlərinə CAVAB: “Müharibədən sonra səni əyani asacaqlar”
76093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Moskvanın Basmannı rayon məhkəməsi azərbaycanlı jurnalist, "Nə? Harada? Nə zaman?" oyununun iştirakçısı Rövşən Əsgərovu “nasizmin reabilitasiyası” iddiası ilə qiyabi həbs edib. O, aprelin sonunda Facebook-da sovet marşalı Georgi Jukov haqqında yazdığı yazıya görə açılan cinayət işində müttəhim olub.

RT kanalının baş redaktoru, milliyyətcə erməni olan Marqarita Simonyan Telegram kanalında Rövşən Əsgərovu “rusofob və şovinist” adlandırıb.

Bizim.Media xəbər verir ki, Rövşən Əsgərov Facebook-da Marqarita Simonyanın təhqirlərinə cavab verib və “Marqo, ümid edirəm ki, sən müharibədən sonra əyani surətdə asılacaqsan” sözlərini yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Marqarita Simonyan Rövşən Əsgərovu “şovinist” adlandırdı


Onun fikrincə, marşalla bağlı dediklərində heç bir böhtan olmayıb, Rusiya İstintaq Komitəsinin açdığı cinayət işi heç bir əsasa söykənmir.

“Sözlərimdə nə böhtan var, nə də yalan var. Ən azından dediklərimin hamısı Vikipediyada yerləşdirilib. Cinayət işi açanların xəstə fantaziyası var”, Əsgərov əminliklə bildirib.

Onun sözlərinə görə, çoxdandır ki, Rusiyada yaşamır və geri qayıtmaq niyyətində deyil.

Qeyd edək ki, əslən Qəbələdən olan Rövşən Əsgərov 1972-ci ilin 4 may tarixində Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və buranı 1989-cu ildə bitirib. Uzun illər jurnalistika sahəsində çalışıb, "Nə? Harada? Nə zaman?" oyununun iştirakçısı olub.

Bizim.Media

Rövşən Əsgərovdan Simonyanın təhqirlərinə CAVAB: “Müharibədən sonra səni əyani asacaqlar” - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO