Ukrayna ordusu 2 istiqamətdə əks hücuma keçdi

Ukrayna ordusu 2 istiqamətdə əks hücuma keçdi

Hazırda oxunan: Ukrayna ordusu 2 istiqamətdə əks hücuma keçdi

72921

Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Telegram kanalında bildirib.

O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukraynadakı silahlı təcavüzlə bağlı operativ vəziyyəti müzakirə etdiyini bildirib.
“Mən ənənəvi olaraq amerikalı həmkarıma əməliyyat vəziyyəti barədə məlumat verdim. Xüsusilə, düşmənin əsas səylərini Popasna, Kremennaya və Torski bölgələrində qızğın döyüşlərin davam etdiyi Luqansk istiqamətinə yönəltdiyindən, habelə Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçdiyindən danışdıq”, - Zalujnı bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya hərbi-texniki yardımın çatdırılması üçün logistik marşrutların məhv edilməsi məqsədilə qanadlı raketlərdən istifadə edir.

"Ukraynanın M142 HIMARS və M270 MLRS reaktiv yaylım atəşi sistemləri ilə təmin edilməsi məsələsi çox aktualdır", - Ali Baş Komandanı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO