Gömrükdən keçən yük maşınında 8 kilo narkotik aşkarlandı

Gömrükdən keçən yük maşınında 8 kilo narkotik aşkarlandı

Hazırda oxunan: Gömrükdən keçən yük maşınında 8 kilo narkotik aşkarlandı

72773

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə vasitəsilə Almaniyaya biyan kökü yükü aparan 29E39310 dövlət nömrə nişanlı “RENAULT” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrükdən onlarla telefon keçirmək istədi, “qırmızı kanal”da yaxalandı


Gömrük baxışı keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında xalis çəkisi 8 kiloqram 700 qram olan narkotik vasitə-heroin aşkar olunub.

Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO