Azər Qəribin anası dünyasını dəyişdi - FOTO

Azər Qəribin anası dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Azər Qəribin anası dünyasını dəyişdi - FOTO
7122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanınmış jurnalist, bloqqer Azər Qəribin anası vəfat edib.

Bizim.Media xəbər verir ki, Azər Qərib onu dünyaya gətirən insanın həyatdan köçməsini bu cür ifadə edib:

"Mənim Mamam 45 yaşında dul qaldı. O gündən sonra nə qədər dedik, saçlarına bir dəfə də olsun rəng vurmadı, bunu həyat yoldaşına sədaqət kimi görürdü.

Üç övlad böyütdü, boya-başa çatdırdı, nəvə toyu gördü, nəticə gördü.Son illər səfərlərimi elə salırdım ki, Yeni İl gecəsi Bakıda olum. Ya bu günə qədər gedib-qayıdırdım, yaxud yanvarın əvvəlində yola düşürdüm. Çünki Yeni İl gecəsini Mamamın yanında olurdum.

Bu Yeni İl gecəsini də Mamamın yanında oldum, amma artıq mərhum Mamamın yanında. Bu gün isə, onu son istəyinə görə Qəbələdə, Atamızın yanında torpağa tapşırdıq.

Allah bütün gedənlərə rəhmət eləsin! Pandemiya ilə əlaqədar yas mərasimi keçirmirik."

Allah rəhmət eyləsin!

Bizim.Media

Azər Qəribin anası dünyasını dəyişdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO