XÜSUSİ ƏMƏLİYYAT: Azərbaycanda 40 narkotacir saxlanıldı

XÜSUSİ ƏMƏLİYYAT: Azərbaycanda 40 narkotacir saxlanıldı

Hazırda oxunan: XÜSUSİ ƏMƏLİYYAT: Azərbaycanda 40 narkotacir saxlanıldı

70807

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan narkotik vasitə və psixotrop maddə, 2 548 ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.

Daxil olan əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda narkokuryerin çantasından 16 kq narkotik çıxdı – FOTO


Baş İdarə əməkdaşlarının Quba rayonunda keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil Abbasov saxlanılıblar. Bu şəxslərdən 6 kiloqram heroin tiryək, metamfetamin aşkar edilib.

Paytaxtda, eləcə də, Abşeron və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb.

Bu şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21 ədəd patron və patron darağı aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara, Salyan və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 18 nəfər saxlanılıb.

Bu şəxslərdən ikisi – Salyan rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron tərəzi və plastik kartlar aşkar olunub.

Qeyd edilən şəhər və rayonlarda tutulan digər 12 nəfərdən isə 3 kiloqram narkotik vasitə gtürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO