\

\"Qarabağ\" avrokuboklara vəsiqəni təmin etdi

Hazırda oxunan: \"Qarabağ\" avrokuboklara vəsiqəni təmin etdi

68944

"Qarabağ" futbol klubu avrokuboklara vəsiqəni təmin edib.

Bizim.Media xəbər verir ki, "köhlən atlar" buna Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə nail olub.

Səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO