Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Hazırda oxunan: Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır
643413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Burosu (NABU) Ukrayna Milli Bankının (UMB) rəhbəri Andriy Pışnının kabinetində və yaşayış yerində axtarışlar həyata keçirir.   

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında paylaşıb.   

Deputatın sözlərinə görə, istintaq tədbirləri UMB rəhbərinin həm iş kabinetində, həm də yaşayış unvanında aparılır.   

NABU-nun mətbuat xidməti Milli Bankın binasında və əməkdaşlardan birinin evində axtarışların aparıldığını təsdiqləyib. Lakin şəxsin kimliyi rəsmi olaraq açıqlanmayıb.   

Axtarışlar zamanı heç kim saxlanılmayıb və rəsmi ittiham (şübhəli şəxs statusu) irəli sürülməyib. İstintaqın məxfiliyini qorumaq üçün digər detallar açıqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO