
- A-
- A
- A+
Dünya
00:45 / 21.09.2026
Şimali Koreya iki ballistik raket buraxdı
Hazırda oxunan: Şimali Koreya iki ballistik raket buraxdı
637731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şimali Koreya 600 kilometrdən çox məsafə qət edən ikinci qısa mənzilli ballistik raketini buraxıb. Bu raketin uçuş məsafəsi ilk raketlə müqayisədə təxminən üçdə bir qədər çox olub.
Bizim.Media Yonhap agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Hər iki raketin bu gün Vonsan bölgəsindən təxminən üç saatlıq fasilə ilə buraxıldığı bildirilir. İlk raket təxminən 450 kilometr məsafə qət edib. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb.
Bu buraxılışlar Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 14-cü və 15-ci ballistik raket sınaqları olub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































