Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Hazırda oxunan: Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb
633293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çətinliklə üzləşəndə yaxınlarımızdan təsəlli və dəstək almaq istəməyimiz təbiidir. Lakin şəxsi problemləri hər kəslə bölüşmək bəzən insanı rahatlaşdırmaq əvəzinə onun vəziyyətini daha da ağırlaşdıra bilər.

Bizim.Media xəbər verir ki, insanların hadisələri fərqli qəbul etməsi və empatiya səviyyəsinin eyni olmaması gözlənilən dəstəyin alınmasına mane ola bilər.

Birinci səbəb insanların başqasının problemlərini dinləmək istəməməsidir. Əksəriyyət öz qayğıları və şəxsi çətinlikləri ilə məşğul olduğuna görə başqa birinin yaşadıqlarına kifayət qədər diqqət ayıra bilmir. Mənfi mövzulu söhbətlər onların stressini artırdığından reaksiyaları soyuq və səthi ola bilər.

 

Qarşınızdakı insan sizi diqqətlə dinləmirsə, onunla söhbət rahatlıq gətirməyəcək. Əksinə, səmimi münasibət görməmək tənhalıq hissini gücləndirə və yaşadığınız problemi daha ağır göstərər.

 

İkinci səbəb hisslərinizin başa düşülməməsidir. İnsanlar eyni hadisəyə müxtəlif cür reaksiya verirlər. Biri üçün adi görünən vəziyyət başqası üçün ciddi emosional sarsıntıya çevrilə bilər. İşini itirmək, münasibətin bitməsi və ya ailədaxili problem hər kəsə eyni dərəcədə təsir göstərmir.

Probleminizi danışdığınız şəxsin necə reaksiya verəcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir. Bəziləri yaşadıqlarınızı kiçildə, “boş şeyə görə narahat olursan” deyə və ya hisslərinizə hörmətsiz yanaşa bilər. Belə münasibət insanın özünü daha pis hiss etməsinə səbəb olur. 

Üçüncü səbəb paxıllıq və başqasının uğursuzluğuna sevinməkdir. Bəzi insanlar əvvəllər daha uğurlu hesab etdikləri şəxsin problemlərini eşidəndə gizli məmnunluq keçirirlər. Belə insanlardan anlayış və səmimi dəstək gözləmək düzgün deyil.

Bu, problemləri heç kimlə bölüşməmək demək deyil. Daxili hisslər barədə danışmaq faydalıdır, lakin bunun üçün etibar etdiyiniz, sizi mühakimə etmədən dinləyən və sirrinizi qoruyan insanı seçmək vacibdir.

Yaxınlarınızdan lazımi dəstəyi ala bilmirsinizsə və yaşadığınız problem gündəlik həyatınıza təsir göstərirsə, psixoloqa müraciət etmək daha təsirli seçim ola bilər. Əsas məsələ susmaq deyil, dərdinizi doğru insanla bölüşməkdir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO