Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO

Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO

Hazırda oxunan: Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO
630670
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələrin təmizlənməsini təmin edib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, yaratdığı yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Bakı şəhəri Səbail rayonunun Gülbala Əliyev, Xətai rayonunun Orxan İsmayılov küçələrində, Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində, Sumqayıt şəhəri Çerkassı, Nizami, Səməd Vurğun və Mirzə Ələkbər Sabir küçələrində, Corat qəsəbəsinin Sahil küçəsində,

Gəncə şəhəri 28 May küçəsində, Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylər kəndindən keçən hissəsində magistral yolun kənarında, Qax rayonunun Ləkit kəndində meşə kənarında, Masallı rayonunun Heydər Əliyev prospektində, Bərdə rayonunun Sənaye küçəsində, Həsənqaya kəndində,

Ağcabədi rayonunun Hacıbədəlli kəndində, Biləsuvar rayonunun Üzeyir Hacıbəyov küçəsində, Sabirabad rayonunun İlham İsgəndərov küçəsində, Neftçala rayonunun Üzeyir Hacıbəyov küçəsində, Balakən rayonunun Qarahacılı, Katex və Qaysa kəndlərində, Ağdaş rayonunun Ərəb kəndində, İsmayıllı rayonunun Talıstan kəndində, Qəbələ rayonunun 9 Noyabr küçəsində, Şəki rayonunun Oraban kəndində, Yevlax şəhərinin Mirzə Şəfi Vazeh küçəsində, Quba rayonunun Dəvədabanı yaşayış massivində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO - foto 1
Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO - foto 2
Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO - foto 3
Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO - foto 4
Yanğına səbəb olan sahələr təmizləndi –FOTO/VİDEO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO