Zöhrabbəyovlar nəslinin 91 yaşlı nümayəndəsi 82 il sonra yenidən ŞUŞADA – FOTO 

Zöhrabbəyovlar nəslinin 91 yaşlı nümayəndəsi 82 il sonra yenidən ŞUŞADA – FOTO 

Hazırda oxunan: Zöhrabbəyovlar nəslinin 91 yaşlı nümayəndəsi 82 il sonra yenidən ŞUŞADA – FOTO 

62996

“Qarabağ” Dirçəliş fondunun sədri Rəhman Hacı Şuşanın qədim bəy nəsli olan Zöhrabbəyovlar haqqında paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, isə həmin nəslin nümayəndəsi olan, Məryəm xanım Zöhrabbəyovanın ata-baba evini ziyarət etməsindən danışıb.

“Məlum səbəblərə görə torpaqların geri qaytarılmasının səhəri günü oralara getmək mümkün olmasa da, keçən həftə Məryəm xanımın arzusu gerçəkləşdi və o, ata-baba evini ziyarət etdi.  

İndi onun 91 yaşı var və xoşbəxt təsadüf nəticəsində onunla məhz Şuşada, Cıdır düzündə tanış olmaq qismət oldu” – deyə Rəhman Hacı qeyd edib.

Onun sözlərinə görə, Məryəm xanım 1940-cı ildən, yəni ailəsinin Bakıya köçmək məcburiyyətində qaldığı vaxtdan bəri doğma şəhərində olmayıb.

Paylaşımda həmçinin Zöhrabbəyovların Şuşadakı evindən də bəhs edilib.

“Məryəm xanımın babası, Əli Əkbər bəy Zöhrabbəyov tərəfindən başladılan həmin evin inşası, Abbasqulu bəy Zöhrabbəyov tərəfindən başa çatdırılıb.

Tikinti işlərinə İran və Türkiyədən sənətkarlar cəlb olunsa da, memarı əslən qarabağlı olan Kərbəlayi Səfixan Qarabaği idi” – deyə R. Hacı bildirib.
Qeyd edək ki, ev erməni işğalçıları tərəfindən demək olar ki, tamamilə məhv edilib, yalnız divarlar və qismən dam qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO