Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Hazırda oxunan: Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO
627213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, son günlərdə Bakı Qızlar Universitetinin (BQU) bağlanacağı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, sözügedən xəbərlərlə bağlı BQU açıqlama yayıb.
 

“Sosial şəbəkələrdə Bakı Qızlar Universiteti ilə bağlı müxtəlif məlumatlar yayılır. Universitetlə bağlı yayılan informasiyalarla əlaqədar bildiririk ki, rəsmi xarakter daşıyan hər hansı məlumat yalnız aidiyyəti dövlət qurumları və universitetin rəsmi informasiya resursları vasitəsilə ictimaiyyətə təqdim ediləcək”, - deyə açıqlamada qeyd olunub.


Xatırladaq ki, Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.

Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO