Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO
624844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz döyüşlərinin ildönümü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin xatirəsi yad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup hərbi qulluqçusu tərəfindən şəhidlərin məzarları ziyarət edilərək üzərinə güllər qoyulub, xatirələri hörmət və ehtiramla anılıb.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Anım mərasimində Milli Qəhrəmanların keçdiyi şərəfli ömür yolundan bəhs edilib, onların həyatının gənc hərbçilər üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, vətən uğrunda şəhid olanlar döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif orden və medallarla təltif olunublar, həmçinin şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunur.

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO - foto 1
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO - foto 2
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO