Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Hazırda oxunan: Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır
621392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda media sahəsində ilk dəfə televiziya, radio və xəbər agentliklərinin rəhbərlərini vahid müzakirə platformasında bir araya gətirəcək layihəyə start verilir.

Bizim.Media xəbər verir ki, REAL TV-nin yeni layihəsi olan “Media Masası” media sahəsində aktual məsələlərin açıq müzakirəsini hədəfləyir.

Media masasının müəllifi jurnalist Vəfa Həmzəyevadır. 

İlk buraxılışın qonaqları Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov olacaq.

Layihənin əsas məqsədi televiziya, yeni media, süni intellekt, informasiya təhlükəsizliyi, sosial şəbəkələrin təsiri, auditoriya etimadı və media gələcəyi ilə bağlı açıq və peşəkar müzakirə platforması yaratmaqdır.
 

“Media Masası” klassik televiziya müsahibəsi formatından fərqli olaraq interaktiv şəkildə hazırlanıb. Verilişdə media ekspertləri, tələbələr və auditoriyanın sualları ilə yanaşı, sosial şəbəkələr vasitəsilə göndərilən suallar da qonaqlara ünvanlanacaq. Bundan əlavə, küçə sorğularının nəticələri və süni intellekt platformalarının təqdim etdiyi analitik yanaşmalar da müzakirələrin bir hissəsini təşkil edəcək.


Layihənin şüarı: “Media haqqında danışmaq yox, medianın özü ilə danışmaq vaxtıdır.” 

Layihənin ilk buraxılışı yaxın günlərdə REAL TV-nin efirində yayımlanacaq.

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO