Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Hazırda oxunan: Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq
619948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) rəhbəri Jean Kaseya Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasının indiyədək qeydə alınan ən böyük epidemiyalara çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media “Vedomosti” nəşrinə istinadla xəbər verir ki, onun sözlərinə görə, xəstəliyin yayılmasının qarşısı yaxın zamanda alınmasa, vəziyyət 2014–2016-cı illərdə Qərbi Afrikada və daha sonra Konqonun şərqində baş vermiş Ebola epidemiyalarından da ağır ola bilər.

Jean Kaseyanın sözlərinə görə, ən ciddi problemlərdən biri yoluxanlarla təmasda olmuş on minlərlə şəxsin hələ də müəyyən edilməməsi və tibbi nəzarətə götürülməməsidir. Bu isə virusun yayılmasının qarşısının alınmasını çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, hazırkı epidemiya Ebola virusunun nadir Bundibucyo ştamı ilə əlaqədardır. Bu ştam üçün təsdiqlənmiş vaksin və effektiv müalicə üsulu mövcud deyil.

Qeyd edək ki, 2014–2016-cı illərdə Qvineya, Liberiya və Sierra-Leone ərazilərində baş vermiş Ebola epidemiyası 11 mindən çox insanın həyatına son qoymuşdu. Hazırda ekspertlər xəbərdarlıq edirlər ki, yoluxma zəncirlərinin operativ aşkarlanması və təcrid olunmaması halında vəziyyət nəzarətdən çıxa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO