Sərdar Berdiməhəmmədovdan İlham Əliyevə MƏKTUB

Sərdar Berdiməhəmmədovdan İlham Əliyevə MƏKTUB

Hazırda oxunan: Sərdar Berdiməhəmmədovdan İlham Əliyevə MƏKTUB
615237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
 

Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.


Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO