Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Hazırda oxunan: Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər
612894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiyasının ali hərbi rəhbərliyi Ukraynadakı müharibənin gedişi ilə bağlı Prezident Vladimir Putinə yeni vədlər verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” Rusiya lideri ilə təmasda olan anonim mənbələrə və Ukrayna kəşfiyyatının qiymətləndirmələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, rusiyalı generallar Putini Donbasın payıza qədər tam nəzarətə götürülə biləcəyinə inandırıblar.

Bildirilir ki, Kreml bundan sonra daha böyük hədəflərə — Kiyev və Odessanın ələ keçirilməsinə fokuslana bilər.

“Financial Times” qeyd edir ki, Moskvanın strateji məqsədləri dəyişməyib və Rusiya rəhbərliyi hələ də Ukraynaya qarşı maksimalist tələblərindən geri çəkilmək niyyətində deyil.

Ukrayna hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya Donbası sentyabr ayına qədər tam ələ keçirməyi planlaşdırır.

Qeyd olunur ki, Moskva bu məqsədlə cəbhədə təzyiqi artırmağa və yeni hücum əməliyyatlarına hazırlaşmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO