“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

Hazırda oxunan: “Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO
612284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözel və Şirkətlər Qrupunun rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı çıxış edən Tahir Gözel bildirib ki, müasir və müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olub.

Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli mövqeyini qazanaraq dünya dövlətləri sırasında nüfuzunu daha da möhkəmləndirib.

Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsi də ehtiramla yad olunub.

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO - foto 1
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO - foto 2
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO - foto 3
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO