Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA

Hazırda oxunan: Bir aya yaxındır Xəzərdə itkin düşən balıqçının axtarışları DAYANDIRILIB? – İddialara rəsmi REAKSİYA
611744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi, aprelin 13-də Neft Daşları yaxınlığında balıqçı batıb. Hadisə ilə bağlı ilkin məlumatda bildirilmişdi ki, aidiyyəti qurumlar, eləcə də Xəzər dənizində üzən gəmilər dərhal məlumatlandırılıb. Həmçinin FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Dənizə düşərək itkin düşdüyü bildirilən balıqçı Rahim Ramiz oğlu Osmanovun ailəsi Bizim.Media-ya açıqlamasında axtarışların bir gündən sonra dayandırıldığını iddia edib.

Ailə üzvlərinin sözlərinə görə, hadisədən sonra cəmi bir gün axtarış aparılıb, daha sonra isə dayandırılıb.

İtkin düşən şəxsin həyat yoldaşı Fatimə Osmanova bildirib ki, onlar dəfələrlə “102” və “112” xidmətinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb:

“Yoldaşım ötən ayın 13-ü batıb. Bir gün helikopter və gəmilərlə axtarış aparılıb. Aprelin 14-ü isə axtarışlar dayandırılıb. Dəfələrlə "112” Fövqəladə Hallar Nazirliyi və "102" qaynar xəttləri ilə əlaqə saxlamışıq. Bizə "şikayətiniz qeydə alındı" deyilsə də, heç bir tədbir görülmür"– deyə o iddiasında qeyd edərək, problemini işıqlandırmağımızı xahiş etdi.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq FHN-in Mətbuat xidmətindən verilən məlumatda bildirildi ki, Rahim Osmanovun axtarışları davam etdirilir:

“Osmanov Rahim Ramiz oğlunun axtarışları müvafiq qaydada davam etdirilir”, -deyə açıqlamada qeyd olunub.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO