Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Pakistandan ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
610776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İran və ABŞ arasında aparılan danışıqlarda İslamabadın vasitəçilik rolunu davam etdirəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı yazır.

Nazir bildirib ki, Pakistan regionda “sülh və sabitliyin bərqərar olması üçün dialoq və diplomatiyanın gücləndirilməsi” istiqamətində səylərini davam etdirəcək.

Məlumata görə, danışıqlar Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqları fonunda aparılır.

Eyni zamanda ABŞ İran limanlarına qarşı dəniz blokadasını davam etdirir, İran isə Hörmüz boğazını gəmiçilik üçün bağlı saxlayır.

Bildirilir ki, bir gün əvvəl Tehran Pakistan vasitəsilə yeni danışıqlar təklifi təqdim edib. Lakin həmin təklifin detalları hələlik rəsmi olaraq açıqlanmayıb.

ABŞ prezidenti Donald Tramp isə İranın son təklifindən razı olmadığını bildirib. Tramp İranın seçim qarşısında qaldığını deyərək “razılaşma və ya məhv olmaq” ifadəsini işlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO