
- A-
- A
- A+
Rusiya-Ukrayna sərhədində mərmi partlayışı – GƏRGİNLİK ARTIR
Rostov vilayətinin Tarasovski rayonu ərazisində partlayış baş verib.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən informasiya verilib.
İlkin məlumatlara görə, hadisə yerində mərmi partlayıb. Hadisə Ukrayna ilə sərhədin təxminən bir kilometrliyində baş verib.
"Partlayış səhər saat 4:00-da, Mityakinskaya kəndindəki təsərrüfatlardan birindən 300 metr aralıda baş verib", - deyə mənbə bildirib.
O əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Tələfat və dağıntı olmayıb.
Qeyd edək ki, mümkün müharibə təhlükəsi ilə əlaqədar Donetsk və Luqansk əhalisinin Rusiyaya, xüsusilə də Rostov vilayətinə kütləvi təxliyyəsinə başlanılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































