Rusiya Xarkov və Xersona hücum etdi – 2 ölü, 26 yaralı var

Rusiya Xarkov və Xersona hücum etdi – 2 ölü, 26 yaralı var

Hazırda oxunan: Rusiya Xarkov və Xersona hücum etdi – 2 ölü, 26 yaralı var
608607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə 2 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.
 

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayət mərkəzinə və regionun 22 yaşayış məntəqəsinə zərbələr endirib.


"Xarkov vilayətinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - o qeyd edib.

Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin bildirib ki, Xerson vilayətində hücumlar nəticəsində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO