İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

Hazırda oxunan: İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı
606568
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqlarının birinci mərhələsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, “Al Jazeera” telekanalının məlumatına görə, tərəflər hazırda əldə olunmuş ilkin razılaşmaları təsdiqləmək üçün yazılı mətnlərin mübadiləsini həyata keçirirlər.

Bu sənəd mübadiləsi Vaşinqton və Tehranın müzakirə olunan bəndlər üzrə eyni mövqedə olduqlarını rəsmiləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən görüş 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli və üz-üzə formatlı danışıqlar kimi tarixə düşüb.

Müzakirələrin əsas mövzusu regionda uzunmüddətli sülhün bərqərar olması, Hörmüz boğazının təhlükəsizliyi və qarşılıqlı təhlükəsizlik zəmanətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO