Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Hazırda oxunan: Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək
603227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-də andlılar məhkəməsi tanınmış aktyor və şoumen Bill Kosbini 54 il əvvəl törədilmiş zorakılıq hadisəsində təqsirli bilib.

Bizim.Media "The Guardian" nəşrinə istinadən xəbər verir ki,  Kosbi zərərçəkmiş Donna Motsinqerə 59.25 milyon dollar məbləğində təzminat ödəməlidir.

Motsinqerin sözlərinə görə, 1972-ci ildə restoranda ofisiant işləyərkən Kosbi onu öz şousuna dəvət edib, limuzində şərab verib, daha sonra isə narkotik maddə verərək zorlayıb.

Motsinqer Kaliforniya ştatında cinsi zorakılıqla bağlı cinayətlər üzrə iddia müddətinin dəyişdirilməsindən sonra Kosbini məhkəməyə verib.
 

Qeyd edək ki, Kosbi 2018-ci ildə cinsi zorakılıqda təqsirli bilinərək üç il həbsdə qalıb. Lakin 2021-ci ildə yuxarı instansiya məhkəməsi bu qərarı ləğv etdikdən sonra o, azadlığa buraxılıb. Məhkəmə prokurorların Kosbiyə qarşı ittiham irəli sürməyəcəklərinə dair verdikləri vədi pozaraq sonradan iş açmalarını onun hüquqlarının pozulması kimi qiymətləndirib.


Kosbinin vəkili hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO