Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Hazırda oxunan: Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə
601858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın vaxtlarda baş verə biləcək "El-Ninyo" iqlim fenomeni son on ilin ən güclüsü ola bilər.

Bizim.Media verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında bildirib.
 

Onun sözlərinə görə, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anormal şəkildə artması ilə əlaqədardır. Bu proses qlobal temperaturun yüksəlməsinə, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəli hava şəraitinin yaranmasına səbəb ola bilər.


ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) proqnozuna görə, fenomen iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.

Meteoroloqlar bildirirlər ki, fenomenin ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq.

Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər. Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO