Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq

Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq

Hazırda oxunan: Trampın İrandan sonrakı hədəfi bu ölkə olacaq
599140
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edən ABŞ prezidenti Donald Trampın növbəti hədəfi bu ölkə olacaq: Kuba.

Bizim.Media xəbər verir ki, bu barədə "The Atlantic" qəzeti ABŞ liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
 

Nəşrin mənbələrinə görə, Tramp özünü "başqalarının başlatdığı işi bitirmək" cəsarətinə malik ilk ABŞ prezidenti kimi görür. Tramp apardığı islahatların onu keçmiş prezidentlər Ronald Reyqan, Cimmi Karter və Riçard Niksondan daha yüksək səviyyəyə qaldıra biləcəyinə inanır.


Daha əvvəl Donald Tramp ABŞ-ın Kubanı "dostcasına ələ keçirə" biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, Havana Vaşinqtonla danışıqlar aparır.

ABŞ prezidenti Kubanı, yumşaq desək, "uğursuz ölkə" adlandırıb.

“Dövlət katibi Marko Rubio bu məsələ ilə çox yüksək səviyyədə məşğul olur. Və bilirsiniz ki, onların pulu, nefti, yeməyi yoxdur. Hal-hazırda millət həqiqətən də çətin vəziyyətdədir və onların bizim köməyimizə ehtiyacı var", - deyə Tramp Kuba haqqında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO