Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”

Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”

Hazırda oxunan: Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”
593582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna Avropa İttifaqına və NATO-ya qoşula bilməz, çünki bu, Rusiya ilə müharibəyə yol aça bilər”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.
 

O xatırladıb ki, Brüssel və Kiyevdə hazırlanmış Ukrayna üçün yol xəritəsi ölkənin 2027-ci ilə qədər Aİ-yə sürətləndirilmiş şəkildə qoşulmasını nəzərdə tutur.


"Əgər Ukrayna indi Avropa İttifaqına (Aİ) qoşularsa, Avropada müharibə olacaq, çünki bu, bir Aİ ölkəsinin digərlərinin müdaxiləsi olmadan böyük bir dövlətə qarşı müharibə apara biləcəyi illüziyasıdır".

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü müharibəyə və Avropa bazarının məhvinə aparan bir yoldur.

Siyasətçi qeyd edib ki, bəzi iddiaların əksinə olaraq belə bir addım Avropa İttifaqının və NATO-nun təhlükəsizliyini gücləndirməyəcək, əksinə zəiflədəcək:

“Ukrayna Avropanı Rusiyadan müdafiə edə bilməz. Ukrayna dövləti Avropanı gücləndirmir, əksinə onu müharibəyə sürükləyir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO