Bu ailələrə 600 manat veriləcək

Bu ailələrə 600 manat veriləcək

Hazırda oxunan: Bu ailələrə 600 manat veriləcək
589681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin artmasına səbəb olacaq.

Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:

"Əgər ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, o zaman 2025-ci ildə həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat - 900 manat) idi. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o proqram çərçivəsində ayda dövlətdən orta hesabla 525 manat yardım ala bilirdi".
 

V.Bayramov vurğulayıb ki, amma sözügedən məbləğ bu ildən artacaq. Onun sözlərinə görə, həmin ailə üçün ehtiyac meyarı bu ildən 1500 manata yüksəlir (5 nəfər x 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı, ailənin yenidən müraciət hüququ yarananda aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat - 900 manat) olacaq".


Deputat söyləyib ki, hazırda 76 min aztəminatlı ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO