Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO

Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO

Hazırda oxunan: Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO
586083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliyanın Sidney şəhərində “Bondi Beach”də baş verən silahlı hücum zamanı silahlılardan birini zərərsizləşdirən Suriya əsilli Avstraliya vətəndaşı Əhməd əl-Əhməd üçün ianə kampaniyasında təxminən 1,5 milyon ABŞ dolları toplanıb. Kampaniyaya 40 mindən çox insan dəstək verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.

Yəhudi icmasının Hanuka mərasimi zamanı baş verən hücumda 15 nəfər həlak olub.

Hadisə zamanı əl-Əhməd silahlını yıxaraq silahını əlindən alıb, özü isə bir neçə güllə yarası alıb və xəstəxanada müalicə olunur.

Avstraliyanın baş naziri Entoni Albanizi onu “ölkənin qəhrəmanı” adlandırıb. Əhməd əl-Əhmədin cəsarəti ölkə daxilində və beynəlxalq səviyyədə geniş rəğbət qazanıb.



Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO - foto 1
Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO