
- A-
- A
- A+
Rubio: “Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20%-idir”
Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.
"Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır.
Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - Rubio deyib.
Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































