Neçə şəhid ailəsi və müharibə əlili evlə təmin olunub? – PREZİDENT AÇIQLADI

Neçə şəhid ailəsi və müharibə əlili evlə təmin olunub? – PREZİDENT AÇIQLADI

Hazırda oxunan: Neçə şəhid ailəsi və müharibə əlili evlə təmin olunub? – PREZİDENT AÇIQLADI

58347

Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Gənclər Forumunda iştirak edir - VİDEO


“Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib”, - deyən dövlət başçısı bildirib ki, mənzil proqramına Vətən müharibəsi qəhrəmanları da daxil edilib. Prezident İlham Əliyev deyib ki, Təkcə müharibə əlilləri yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə əhatə olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO