Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO

Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO

Hazırda oxunan: Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO
580551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.

Bizim.Media "azərtac.az"a istinadla xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib.

Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir səsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
 

Onu da qeyd edək ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub.


Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.

Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.

Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə dronu atılıb.



Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 1
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 2
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 3
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 4
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 5
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 6
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 7
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 8
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 9
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 10
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 11
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 12
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 13
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 14
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO