Yunanıstan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti BAŞA ÇATDI - FOTO

Yunanıstan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti BAŞA ÇATDI - FOTO

Hazırda oxunan: Yunanıstan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti BAŞA ÇATDI - FOTO

579445

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan səfiri Kristo Kapodistrianı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bizim.Media xəbər verir ki, nazir görüş zamanı səfirin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib.

Bu çərçivədə, 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı və eləcə də 2025-ci ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.
 

Azərbaycan və Yunanıstan arasında siyasi dialoqun davam etdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji, nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.


K.Kapodistria, öz növbəsində, Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO