MAX Azərbaycan sakinləri üçün əlçatan oldu - Zəng edə və mesaj yaza bilərsiniz

MAX Azərbaycan sakinləri üçün əlçatan oldu - Zəng edə və mesaj yaza bilərsiniz

Hazırda oxunan: MAX Azərbaycan sakinləri üçün əlçatan oldu - Zəng edə və mesaj yaza bilərsiniz

579055

5 noyabr tarixindən etibarən MAX platformasında ünsiyyət imkanı bir sıra MDB ölkələrinin, o cümlədən Azərbaycanın sakinləri üçün əlçatan olub.

Bizim.Media xəbər verir ki, MDB ölkələrindən olan istifadəçilərlə əlaqə saxlamaq üçün onların nömrələrinin əlaqə siyahısına əlavə olunması vacibdir.

Əgər istifadəçilər bir-birlərinin kontakt siyahısında deyillərsə, o zaman onlardan biri dəvət linki göndərə bilər.

Həmsöhbətin nömrəsini kontakt siyahısına əlavə etmək MAX-da təhlükəsiz və etibarlı ünsiyyət mühitinin qorunması üçün zəruri addımdır. Bu, dələduzluq hallarına qarşı mübarizəni gücləndirməyə, spam göndərişlərini aradan qaldırmağa və istifadəçi məlumatlarının əlavə qorunmasını təmin etməyə kömək edəcək.
 

Qeydiyyatdan keçmək üçün istifadəçi tətbiqi yükləməli, ölkəni seçməli və telefon nömrəsini daxil etməlidir. Daha sonra SMS-lə göndərilən təsdiq kodunu yazmaq və kontaktların sinxronizasiyasına razılıq vermək lazımdır.


Hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli identifikasiya funksiyasını aktivləşdirmək mümkündür — bu bölmə “Məxfilik” hissəsində yerləşir.

Qeyd edək ki, MAX — messencer və rəqəmsal istifadəçi xidmətləri platformasıdır.

Platformada audio və videozənglər, çat və səsli mesajlar, iri faylların göndərilməsi, pul köçürmələri mövcuddur. Hazırda informasiya kanalları sınaq mərhələsindədir.
 

Platformaya mini-tətbiqlər və çat-botlar formatında biznes xidmətləri də inteqrasiya olunub ki, bunlar istifadəçilərin gündəlik ehtiyaclarını qarşılayır.


Tətbiqi rəsmi sayt, həmçinin mobil, masaüstü və veb versiyalar üçün proqram mağazalarından yükləmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO