Pakistan və Əfqanıstan Dohada sülh danışıqları APARIR

Pakistan və Əfqanıstan Dohada sülh danışıqları APARIR

Hazırda oxunan: Pakistan və Əfqanıstan Dohada sülh danışıqları APARIR
576026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistan və Əfqanıstan sərhəddə bir həftə davam edən intensiv döyüşlərdən sonra Dohada ilk sülh danışıqlarını keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Toqquşmalar nəticəsində hər iki tərəfdən onlarla insan həlak olub və çoxsaylı yaralılar var.

Atəşkəs rejimi uzadılıb və tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər, lakin danışıqların dəqiq müddəti hələ müəyyən edilməyib.

Görüşlərdə hər iki ölkənin müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin yüksək rütbəli nümayəndələri iştirak edirlər.

Pakistan mətbuatının məlumatına görə, növbəti danışıqlar raundu 19 oktyabrda keçiriləcək və əsas diqqət silahlı qruplaşmaların Əfqanıstan ərazisindən Pakistana sızması probleminə yönələcək. Birinci raund zamanı pakistanlı rəsmilər taliblərə bildiriblər ki, belə qruplaşmaların Əfqanıstan ərazisində mövcudluğu İslamabad üçün qəbuledilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO