Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR

Hazırda oxunan: Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR
575926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib.
 

Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazionedə, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.


Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xətlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
 

Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.


Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 1
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 2
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 3
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 4
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 5
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 6
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 7
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 8
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 9
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 10
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 11
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 12
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı – FOTOLAR - foto 13

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO