Hulusi Akar:

Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət nəzarət altındadır"

Hazırda oxunan: Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət nəzarət altındadır"

54442

"Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

H.Akar vurğulayıb ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir:

"Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb. Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük”.

Türkiyəli nazir regionda sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO