Qadınlar arasında dava oldu, birinin əri bıçaqlandı - FOTO

Qadınlar arasında dava oldu, birinin əri bıçaqlandı - FOTO

Hazırda oxunan: Qadınlar arasında dava oldu, birinin əri bıçaqlandı - FOTO

50937

Xaçmaz  rayonunun Xudat şəhər sakini  Mərziyyə Qədiyeva  mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki,  M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. 

Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən  M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO