DSX rəisi helikopter qəzasında yaralanan sərhədçiləri ziyarət etdi

DSX rəisi helikopter qəzasında yaralanan sərhədçiləri ziyarət etdi

Hazırda oxunan: DSX rəisi helikopter qəzasında yaralanan sərhədçiləri ziyarət etdi

48858

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.

Bu barədə Bizim.Media-a DSX-dən məlumat verilib.

E.Quliyev hərbi qulluqçularla söhbət edib, səh­hətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO