Qusarda əl qumbarası aşkarlanıb - FOTO

Qusarda əl qumbarası aşkarlanıb - FOTO

Hazırda oxunan: Qusarda əl qumbarası aşkarlanıb - FOTO

47434

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) "Növbətçi" hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO